Qanlı domino oyunu:


Digərləri 28 Okt 2019 14:27:06 317 0

Qanlı domino oyunu:

Bakıda 1973-cü il təvəllüdlü şəhər sakini V.Əzizov bıçaqlanıb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a paytaxtın Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 26-da saat 21 radələrində Qara Qarayev prospektində V.Əzizova döş qəfəsi və qarın nahiyəsindən bıçaq zərbəsi endirilib. Hadisədən sonra cinayətkar yoxa çıxıb.

Nəticədə, ağır vəziyyətdə olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, məhkəmə-tibbi ekspertiza nümayəndələri yaralının bədənində 14 bıçaq zərbəsi aşkarlayıb.

Əməliyyat-axtarış tədbirləri zamanı Nizami rayon 24-cü Polis Bölməsi tərəfindən şübhəli bilinən şəxs - Şamaxı sakini, 1995-ci il təvəllüdlü Ş.Musayev saxlanılıb.

Məlum olub ki, münaqişə məişət zəminində - yaxınlıqdakı bazarda işləyən fəhlələr arasında çayxanada domino oynayarkən başlayıb. Sərxoş V.Əzizov Ş.Musayevi təhqir edib. Buna cavab olaraq Ş.Musayev şahidlərin önündə cibindən bıçaq çıxararaq V.Əzizova hücum edib.