Pozneri susduran Arzu danışdı:


Digərləri 28 Okt 2019 14:01:00 364 0

Pozneri susduran Arzu danışdı:

Son.az bildirir ki, ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı verdiyi sualla onu çətin vəziyyətə salan azərbaycanlı gənc Arzu Məmmədova axar.az-a müsahibə verib.

- Mümkünsə, bir az özünüz haqda danışın...

- Mən Arzu Cahid, 1992-ci il iyulun 22-də Bakıda doğulmuşam. Əslən qarabağlıyam. Moskvada böyümüşəm və orada lisey bitirmişəm. Bakıya qayıtdıqdan sonra Moskva Dövlət Universitetinin Bakı filialında təhsil aldım. Bakalavr və magistraturanı qırmızı diplomla bitirmişəm. 10 aydır ki, ABŞ-ın Kaliforniya ştatına köçmüşəm. Ana dilindən əlavə rus, ingilis, ispan dillərində, Türkiyə türkcəsində sərbəst danışıram. Hazırda ivrit dilini öyrənirəm.

- ABŞ-a niyə getmisiniz?

- Təhsil almaq məqsədilə gəlmişəm. Lokalizatsiya menecmentlik (Menencmentin təşkili) üzrə təhsil alıram. Bu, ABŞ üçün yeni sahə sayılır, mənim ikinci magistratura təhsilimdir. Hazırda əsas məqsədim PHD-ni (doktorantura) qazanmaqdır.

ABŞ-da tək yaşayıram. 3 işdə çalışıram: həm institutda dərs deyirəm, həm professorun köməkçisiyəm, həm də bir neçə tələbənin layihəsinə kömək edirəm.

- Tədbirdə iştirak etmək qərarına necə gəldiniz? Bunu sizə kimsə məsləhət gördü, ya öz fikriniz idi?

- Mən biləndə ki, rusiyalı telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Pozner Kaliforniyaya gəlir, həmin an orada iştirak etmək qərarına gəldim. Burada belə bir ənənə var ki, nüfuzlu şəxslər gəlib açıq mühazirələrdə iştirak edirlər. Bu tədbirə çox sayda rus gəlmişdi, həmçinin postsovet ölkələrindən gələnlər çox idi. Bundan başqa, hərbi müəllimlər və tələbələr çox idi. Pozner orada bildirmişdi ki, buradakıların heç birinin Qarabağ haqqında məlumatı yoxdur və Qarabağ burada heç kəsə maraqlı deyil. Ancaq bu, tamamilə yanlış idi. Çünki orada əyləşənlərin hamısı ya Rusiya ilə maraqlananlar, ya bu haqda tam məlumatı olanlar, ya da Ermənistan-Azərbaycan münaqişəsi barədə bilənlər idi.

Mən Poznerin gəldiyini biləndə artıq qərara almışdım ki, Qarabağla, onun ermənipərəstliyi ilə bağlı sual verəcəm. Məqsədim o idi ki, həm Qarabağ, həm də Azərbaycan haqqında məlumat verim. Sual verərkən çox çalışdım ki, pafoslu və emosional ifadələr qatmayım və ancaq faktlarla danışım. Sualımı da birnəfəsə yazmışdım. Bilirdim ki, o, mənim sualımı kəsəcək, ancaq buna imkan vermədim. Sual verəndən sonra o, hər kəsi oturtdu ki, qarşılıqlı sual verilməsin. Ancaq mən sualımdan sonra oturmadım.

- Sualınızı özünüz hazırlamışdınız?