Salyanda maşın aşdı, sürücü öldü


Digərləri 28 Okt 2019 13:23:00 298 0

Salyanda maşın aşdı, sürücü öldü

Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da saat 14 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Biləsuvar rayon sakini Ağamşah Fətullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin