Qobustanda ağır qəzada faciəvi şəkildə ölən gəncin FOTOLARI


Digərləri 28 Okt 2019 11:30:00 347 0

Qobustanda ağır qəzada faciəvi şəkildə ölən gəncin FOTOLARI

Qobustan rayonunda faciəvi şəkildə ölən gəncin fotoları yayılıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı "VAZ 2107" və 10-OA-184 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobilləri  toqquşub. Qəza nəticəsində 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu ağır xəsarətlərdən dünyasını dəyişib. 25 yaşlı gənc subay və evin tək oğlu olub. 

Qeyd edək ki, həmin qəzada S.Rufullayevdən başqa, Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu da aldığı ağır xəsarətdən hadisə yerində ölüb. 

Həmçinin Ağsu sakinləri, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.