"Hər sumkadaşıyan konsert etsə, nə oldu?"


Şou-biznes 28 Okt 2019 11:19:00 237 0

"Hər sumkadaşıyan konsert etsə, nə oldu?"

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, Türkiyədə konsert verən sənətçilərə söz atıb. Tolik Əməkdar artist Xumar Qədimovanın İstanbulda verdiyi konsertin görüntülərini paylaşaraq bunları yazıb:

"Allah Nahidə (təşkilatçı Nahid Emiloğlu - red.) rəhmət eləsin. Hər sumkadaşıyan konsert etsə, nə oldu? Xumar Qədimovadan başqa hələ heç kim İstanbulda konsert verməyib. Açıq havada pulsuz bələdiyyə konsertlərini və gecə klublarını nəzərdə tutmuram.

Konsert dediyin budur: istər piar, istər tamaşaçı, istərsə də təşkilatçılıq. Yalandan bəh-bəh deməklə deyil. Kimin acığına gəlir gəlsin, səhifəmin qapısı açıqdır, yaza bilər. İnsan özünü aldatmaz. Bəziləri kimi yaltaqlana bilmərəm".

İzləyiciləri Tolikin bu sözləri ötən gün İstanbulda konsert verən müğənni Şəbnəm Tovuzluya atdığını vurğulayıblar. Tolik isə onlara "Verilişimə gəlib deyə nə etməliyəm? İstər Şəbnəm, istərsə də Damla olsun, fikrimi deyirəm. Verilişimə gələni həm pisləyirəm, həm tərifləyirəm. Heç kimdən asılacağım yoxdur" cavabını verib.