Türk aktyor "Kurtlar Vadisi" serialı ilə bağlı nöqtəni qoydu: "Tarixə qovuşdu..."


Digərləri 28 Okt 2019 10:47:00 330 0

Türk aktyor "Kurtlar Vadisi" serialı ilə bağlı nöqtəni qoydu: "Tarixə qovuşdu..."

10 ildir burada yaşayıram, bütün dost-tanışım, çevrəm burdadır. Azərbaycan da mənim üçün doğma bir yerdir. Buranın insanı ilə xasiyyətim üst-üstə düşür.

Son.az bildirir ki, buta.ws-in bu dəfəki qonağı istedadlı və tanınmış Türkiyəli aktyor Gökhan Çoban olub.

- Gökhan kimdir?

- Türkiyənin Elazığ şəhərində dünyaya gəlmişəm. Hal-hazırda 30 yaşım var. Təhsilimin yarısını Elazığda, yarısını müxtəlif universitetlərdə iqtisadiyyat, İT üzrə almışam. Bitirdikdən sonra iş həyatına atıldım. 2012-ci ildən isə Azərbaycandayam. 

- Aktyorluq bacarığı necə yarandı səndə?

Mən orta məktəbdə oxuyanda (Elazığda) təsadüfən bir filmdə rol aldım. Gələcəkdə də öz işimlə bərabər edəcəyim hobbi kimi düşünürdüm. Türkiyə də olan zaman aktyorluq haqqında düşünməmişdim. Bakıya gəldikdən sonra başladım, sonra isə Türkiyəyə daşıdım. Dostlarım model olduğu üçün o sahəyə də daxil oldum. Lakin öz istəyimlə ordan da çıxdım.

- Ailənizlə bu barədə problem yaşadın?

Evdə məşhur aktyorların yer alacağı filmdə kiçik bir rolun mənə verildiyini dedim. Sonradan TV-də özümə baxanda ora yaraşdığımı gördüm. Ümumilikdə, ailəm mənim heç bir düşüncəmə etiraz etmir. 

- Aktyorluqla yanaşı bizneslə də məşğulsan. Sənə çətin olmur?

- Öncəliklə bir peşəm olmasını istəyirdim. Əgər o olarsa, digər bütün hobbilərimi həyata keçirə bilərdim. Hal-hazırda da işimi elə bölürəm ki zamanla bağlı problem yaranmır. 

- İdmanla aranız necədi?

- Mən Türkiyə də orta məktəbdə oxuyanda idman müəllimi olmaq istəyirdim. Və bununla bağlı  idman seminarlarına qatılırdım. Artıq peşəkar olaraq, məşqçi sertifikatım var. Bu işə Türkiyədə başladım. Sonra təbii ki, serial, film çəkilişilərindən vaxt olmalıdı. 

- Azərbaycan mətbəxində ən sevdiyiniz yeməklər hansılardır?

- Dolma, xəngəl. Azərbaycan mətbəxinin türk mətbəxindən elədə böyük bir fərqi yoxdur. Sadəcə yağ və tərəvəzlər fərqliləşdirir yeməyi. Yeməkdə bəzi sevmədiyim yaşıllıqlar olanda isə bəyənmirəm. 

- Nigar xanım yemək bişirməyi bacarır?

- Təbii ki, biz evlənərkən onun hansı yeməyi bişirib, bişirmədiyini bilmirdim. Sonralar artıq öyrəndim. (Gülür)

- Necə tanış oldunuz?

- Keçən il Rəşad Kəsəmənli, Vüqar Vaqifoğlu və 2 prodüserlə birlikdə serial çəkmək qərarına gəldik. Və kastinqlərə başladıq. Çəkilişlərin ilkin mərhələsi Lənkaranda olacaqdı. Mən işimlə əlaqədar olaraq, avtobusa çata bilmədim. Kastinqlərdə isə dəyişiklik olub. Mən hələ Nigarı tanımırdım, sadəcə İnstagram-dan gördüyüm qədəri ilə tanıyırdı. Sonra ordakı xanımlardan Nigarın rejissorla problem yaşadığını öyrəndim. Mənim də içində olduğum  kollektivdə belə bir hadisənin yaşanmağı xoşuma gəlmədi. Sonra mən Bakıya qayıdanda Nigar xanımın mənim şəkillərimi bəyəndiyini gördüm. 

Nigar xanım: o, əslində, elə olmadı. Rejissorumuz mənə baş rolda Gökhanın olduğunu dedi. Mənsə onu heç tanımırdım. Bir bir-iki şəkillərini bəyəndim. Sonra o mənə izləmə istəyi göndərdi, qəbul etdim, amma geri dönüş etmədim. Buna görə də o məni izləmədən çıxartdı. Bir müddət keçəndən sonra mən yenidən onun bütün şəkillərini bəyəndim. 

Gökhan bəy: Diqqətimi çəkmək istəyirdi. (Gülür)

Nigar xanım: sonra o yenidən mənə izləmə istəyi atdı, qəbul etdim. Ad günümdə isə mənə "Şəkilləri bəyəndiyinə görə sağol. Mutlu yaşlar" deyə mesaj yazdı. Bu hadisədən 3 gün keçəndən sonra, gecə saat 4-də mən geri döndüm və gülüş ifadəsi atdım. O da yazdı ki, "Axrıki geri döndün". Belə başladıq. 

- Sizə ssenari gələndə nələrə diqqət edirsiniz?

- Türkiyədə aktyorun xarakterinə görə rol təklif edilir, ya da onda bu rolu icra etmə bacarığını axtarırlar. Filmdə əxlaq dəyərlərə, millətə, cəmiyyətə qarşı əks bir şey olarsa onu dəyişdirmələrini və ya rola başqasının dəvət olunmağını istəyirəm. Ssenarist mənim  xarakterimə uyğun rol hazırlayıbsa buna onsuz öncədən razılıq verirəm. 

- Ümumilikdə neçə işdə rol almısız?

- Azərbaycanda "Kimsən" adlı bir serialda çəkilmişdim, amma, o alınmadı. Sonra Cavanşir Hacıyevin də olduğu "Şirin xəyallar" adlı layihəmiz də olub. "Gül Ahmet" deyə filmdə də çəkilmişəm. "Son ümid" efirə getsə də, biz ondan imtina etmişdik. 

- Adı çəkilən film və seriallarda mənfi rolda olmusuz, yoxsa müsbət?

- "Kimsən" serialındakı rolum mənfi, "Şirin xəyallar"kı rolum normal idi. Türk vətəndaşını canlandırdım.

- Xaricdən təklif gəlib?

- Türk vətəndaşı olduğunu üçün təkliflərin əksəriyyəti ordan gəlir. "Kocamın ailesi", "Evə dönüş" kimi seriallarda çəkilmişəm. Mən Türkiyədə yaşasam, orda yolum açıq olacaq. Baş rola qədər qalxa bilərəm. Amma, ailəm və işimlə əlaqədar burda yaşamalıyam. 

- Romantik rollar, yoxsa hərbi?

- Hər ikisi. Əsasən, məni "varlı atanın oğlu" rollarına çəkirlər. Amma, mən kasıb ailənin oğlunu canlandırmaq istəyirəm. 

- Hansısa rolunuza görə izləyicilərdən sərt reaksiya gəlibmi?

- Var. "Diriliş Ertuğrul" serialında mənfi obrazı canlandırmışdım. Atam Elazığa gəlmə deyirdi, metroda bir nəfər isə mənə "sən xainsən" demişdi. 

- Rolunuzu bəyənməyən rejissor olubmu?

- Bu günə qədər "Gül Ahmet" filmində rejissorla mübahisəmiz olub. "Gökhan, bu rolu oynaya bilmirsən" demişdi mənə. Mən isə "qarşımdakı məni oynada bilmir" demişdim.

(adsgarden = window.adsgarden || []).push({});