Azərbaycanda 9 ayda əsas kapitala 10 milyard manatdan çox vəsait yönəlib


Digərləri 28 Okt 2019 08:00:00 207 0

Azərbaycanda 9 ayda əsas kapitala 10 milyard manatdan çox vəsait yönəlib

Sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 146,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Trend-in məlumatına görə, ümumi sərmayənin 65,4 faizi məhsul istehsalı sahələrinə, 25 faizi xidmət sahələrinə, 9,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,5 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,5 faiz, büdcə vəsaitləri 26,9 faiz, bank kreditləri 7,3 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, digər vəsaitlər isə 0,2 faiz təşkil edib.