ABŞ'ın hərbi hava qüvvələri SpaceX şirkətinin Starlink layihəsinin ilk müştərisi oldu


Digərləri 27 Okt 2019 22:35:00 309 0

ABŞ'ın hərbi hava qüvvələri SpaceX şirkətinin Starlink layihəsinin ilk müştərisi oldu

ABŞ-ın kosmik təchizat istehsalçısı olan SpaceX şirkəti öz sürətli Starlink peyk internetini ABŞ-ın hərbi hava qüvvələri vasitəsilə test edəcək. Bu barədə Reuters saytı xəbər verib. Beləliklə ABŞ-ın hərbi hava qüvvələri Elon Musk-ın bu yeni layihəsinin ilk müştərisi oldu. Starlink layihəsi çərçivəsində SpaceX şirkəti qlobal yüksək sürətli internetin təqdim ediməsi üçün Yer kürəsinin aşağı orbitlərinə 30.000 ədəd peyk yerləşdirəcək.

"Biz, ABŞ-ın hərbi hava qüvvələrinin təyyarələrinin salonlarında yüksək sürətli interneti təqdim edirik. Hal hazırda bizim əməkdaşlarımız imkanları test etməklə hər şeyin lazımi şəkildə necə reallaşdırılacağını müşahidə edirlər" - deyə şirkət prezidenti bildirib. Qeyd etmək lazımdır ki, ABŞ-ın hərbi hava qüvvələri 2018-ci ilin əvvəlində Global Lightning proqramı çərçivəsində SpaceX şirkəti ilə əməkdaşlığa start vermişdi.

Son.az technote.az-a istinadən bildirir ki, onlar artıq SpaceX-in iki peykindən istifadə edərək hərbi nəqliyyat təyyarələrinin havada olduqları zaman onlara məlumatların ötürülməsini reallaşdırıblar. Bu test çərçivəsində şirkətin peykləri təyyarələri saniyədə 610 Mbit sürətli internet ilə təmin ediblər. Bu cür sürət vasitəsilə hansısa filmi 1 dəqiqədən az müddətə yükləmək olar. Qeyd etmək lazımdır ki, bu ilin may ayında şirkət Yer kürəsinin orbitinə 60 ədəd peyk göndərmişdi. Gələn ay daha 60 peykin göndərilməsi planlaşdırılır.

(adsgarden = window.adsgarden || []).push({});