Həkimin yuyulmasını qadağan etdiyi...


Digərləri 27 Okt 2019 20:15:00 213 0

Həkimin yuyulmasını qadağan etdiyi...

Bədənə iynə vurulan zaman pambıq spirtli olduğu üçün iynə vurulan yer də spirtə bulaşır. Həmin yeri yumağa bəzən həkimlər icazə vermir. Bəs namaz qılmaq üçün həmin yeri necə pak etmək lazımdır?

Son.az islam.az-a istinadən bildirir ki, namaz zamanı tələb olunan əsas şərtlərdən biri də bədənin və libasın pak olmasıdır. Əgər namaz qılanın bədənində və ya libasında zərrə qədər nəcasət varsa, bu halda qılınan namaz batil sayılar (nəcasətlər içində təkcə yara qanı istisna edilir və müəyyən şərtlər daxilində bədənin ya libasın az qana bulaşması icazəli sayılır). Lakin iynə vurulan zaman bədənə sürtülən tibbi spirt nəcasətə aid edilmir. Çünki tibbi spirt içmək üçün istifadəsi yararsız hala gətirilmiş maddədir. Onu alkoqollu içki vasitəsi kimi işlətmək qeyri-mümkündür. Buna görə də, bədənə və ya paltara tibbi spirt dəyibsə, onu pak etməyə ehtiyac yoxdur və bu şəkildə namaz qılmaq icazəlidir.

(adsgarden = window.adsgarden || []).push({});