Yunanıstan sularında gəmi qayıqla toqquşub


Digərləri 27 Okt 2019 19:25:00 270 0

Yunanıstan sularında gəmi qayıqla toqquşub

Egey dənizində İstanköy adası yaxınlığında Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinə aid gəmi qaçqınları daşıyan qayıqla toqquşub, nəticədə biri uşaq olmaqla üç nəfər itkin düşüb, altı adam yaralanıb.

Son.az seanews.az-a istinadən bildirir ki, Yunanıstan xəbər agentliyi ANA-MPA-nın yazdığına görə, hadisə zamanı qayıqda 34 qaçqın olub.

Hazırda axtarma-xilasetmə işləri davam edir. Dənizdən və havadan davam edən axtarma-xilasetmə işlərinə Avropa Sərhəd Qoruma Agentliyinə (Frontex) məxsus gəmi, üç Yunanıstan Sahil Təhlükəsizlik Xidməti və bir "Super Puma" vertolyotu sövq edilib.

(adsgarden = window.adsgarden || []).push({});