Yaponiyada tayfundan sonra 4,5 min insan evinə qayıda bilmir


Digərləri 27 Okt 2019 19:38:09 247 0

Yaponiyada tayfundan sonra 4,5 min insan evinə qayıda bilmir

Yaponiyada baş verən güclü "Hagibis" qasırğasından iki həftə sonra 4500 nəfər təxliyə mərkəzlərində qalmağa davam edir

Bakı. Yaponiyada baş verən güclü "Hagibis" qasırğasından iki həftə sonra 4500 nəfər təxliyə mərkəzlərində qalmağa davam edir. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin saytında deyilir. Bildirilir ki, ölkənin 21 prefekturasında 77 mindən çox yaşayış binası qismən zədələnib və ya tamamilə məhv olub. Ən ağır zərər Fukusima, İbaraki və İvate prefekturalarında qeydə alınıb. 5 minə yaxın evə hələ də su təchizatı bərpa edilməyib. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin