Asta hərəkət edən radio pulsar aşkar edilib


Digərləri 27 Okt 2019 17:31:00 237 0

Asta hərəkət edən radio pulsar aşkar edilib

Pulsar və ekstraqalaktik radio partlamalarının tədqiqi çərçivəsində yeni radio pulsar kəşf edilib

Bakı. Pulsar və ekstraqalaktik radio partlamalarının tədqiqi çərçivəsində yeni radio pulsar kəşf edilib. Məlum olub ki, bu obyekt indiyə kimi aşkarlanan bütün radio pulsarlardan daha asta dövr edir. Trend-in məlumatına görə, SUPERB layihəsi çərçivəsində Avstraliyanın Parks Rəsədxanasında aparılmış müşahidələr zamanı Mançester Universitetindən Vincent Morellonun başçılıq etdiyi astronomlar qrupu "PSR J2251-3711" adlandırılmış yeni çox uzun dövriyyə müddətinə malik radio pulsar aşkar edib. Qeyd edək ki, pulsarlar çox sürətli dövr edən və maqnit qütblərindən güclü radiodalğaları yayan maqnitlənmiş neytron ulduzlardır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin