Bu yerə turistlərin girməsi qadağandır


Digərləri 27 Okt 2019 15:41:00 276 0

Bu yerə turistlərin girməsi qadağandır

Ruşmor dağı ABŞ-a gedənlər üçün önəmli turistik dayanacaqlardan biridir.

Filmlərdə belə, adı keçən bu məkanın içində gizli bir otağın olduğunu bilirdinizmi?

Son.az musavat.com-a istinadən bildirir ki, Amerika prezidentlərinin heykəllərindən düzəldilmiş Ruşmor dağında yerləşən bu otağın nə üçün tikildiyi barədə hələ də dəqiq məlumatlar yoxdur. Güman edilir ki, burada ölkənin təhlükəsizliyinə aid məsələlər müzairə edilir. 

1920-ci ildən başlayan proje çərçivəsində dağda "müzakirə otağı" inşa edilib.

Heykəltəraş Qutzon Borglum və komandası 1927-1941-ci illər ərzində bu ikon olan tikilini indiki halına gətirib.

Əslində, prezidentlərin yanına 5-ci adamın da heykəli əlavə edilməli idi. Lakin çox qarışıq olduğu üçün bu həyata keçirilməyib.

5-ci heykəlin əlavə edilməsi fikrindən imtina edildikdən sonra gizli otağın inşasına başlanılıb. Bu otaqa həm də ABŞ tarixinin ən gizli məlumatları saxlanılır.

Ən müəmmalı məsələlərdən biri də odur ki, layihənin rəhbəri Poor Qutzon bütün dizaynı hazır edib, bitirdikdən sonra müəmmalı şəkildə ölüb. Onun necə və hansı şəraitdə öldüyü heç kimə məlum deyil.

Layihənin tikintisi 90-cı illərə qədər davam edib. Bu gün ABŞ-ın bəzi simvolik sənədləri də bu tikilidə saxlanılır. İstiqlaliyyət bəyannaməsi, ABŞ konstitusiyası, insan haqları ilə bağlı bir çox tarixi sənədlər burada titandan olan seyfin içərisində saxlanılır.

Turistlərin bu otağa girişi qadağandır. Həmin otaq o qədər uzaq məsafədə yerləşir ki, piyada getməklə o məsafəyə çatmaq mümkün deyil.

(adsgarden = window.adsgarden || []).push({});