“Sevda Ələkbərzadə qorxunc istedaddır” “O səs Türkiyə” münsifləri


Şou-biznes 27 Okt 2019 12:12:00 304 0

“Sevda Ələkbərzadə qorxunc istedaddır”  “O səs Türkiyə” münsifləri

Ötən gün "O səs Türkiyə" yarışmasında türkiyəli iştirakçı Ayşenur Gül Əməkdar artist Sevda Ələkbərzadənin repertuarından mahnı ifa edib.

Son.az axşam.az-a istinadən bildirir ki, onun "Elə demə" xalq mahnısını səsləndirməsi münsiflər tərəfindən maraqla qarşılanıb.

"Bu normalda Azərbaycan xalq mahnısıdır. Sevda Ələkbərzadə bunu etno-caz "cover" şəklində ifa edib" deyən iştirakçının sözlərinə Murat Boz reaksiya verərək, "Sevda Ələkbərzadə çox ciddi bir səsdir. Bilməyənlər üçün deyim ki, dünya standartlarında, qorxunc bir istedaddır" sözlərini söyləyib.

Seda Sayan isə "Qorxunc bir qırtlaqdır" deyə, sənətçini tərifləyib.