Aleksandr Oxrimenko: ""Doing Business 2020" reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir"


Digərləri 27 Okt 2019 11:44:00 333 0

Aleksandr Oxrimenko: ""Doing Business 2020" reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir"

"Doing Business 2020" reytinqində göstəricilərin yaxşılaşması Azərbaycan rəhbərliyinin düşünülmüş siyasətinin bariz nümunəsidir.

Son.az bildirir ki, bunu Trend-ə ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.

Onun sözlərinə görə, buna həm də iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələrinin qəbulu və reallaşdırılması yol açıb:

"Bu uğurun əsası ölkə qeyri-neft sektorunu fəal inkişaf etdirməyə başlayanda qoyulub. Yaxın zamanlara qədər qeyri-neft sektorunun artım tempi ümumi daxili məhsulun artım tempini əhəmiyyətli dərəcədə qabaqlayırdı, amma strateji yol xəritələrinin uğurlu icrası iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına müsbət təsir göstərdi".

Ekspert bildirib ki, Azərbaycan iqtisadi göstəricilərə görə, Cənubi Qafqazda lider ölkədir və postsovet ölkələri arasında aparıcı mövqedədir:

"Bu gün bir çox ölkə Azərbaycanın iqtisadi modelini nümunə götürür və bu, vacib amildir. Fikrimcə, iqtisadi islahatların davam etməsi milli iqtisadiyyatın inkişafı üçün əsas stimuldur. Bu onun göstəricisidir ki, Azərbaycanın iqtisadi modeli fundamental biliklərə əsaslanır".