Salyanda aşan maşının sürücüsü xəstəxanada


Digərləri 26 Okt 2019 23:51:00 454 0

Salyanda aşan maşının sürücüsü xəstəxanada

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində idarəetməni itirərək aşan "VAZ-2107" markalı maşının 65 yaşlı sürücüsü, Biləsuvar rayonunun Aranlı kənd sakini Ağamusa Ramazan oğlu Fətullayevin həyatını xilas etmək mümkün olmayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, A.Fətullayev ağır xəsarətlərlə yerləşdirilidiyi Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

VAZ-2107" markalı minik maşınının idarəetməni irirərək aşması nəticəsində Biləsuvar rayonunun Aranlı kənd sakini olan ata və oğlu xəsarət aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 23 yaşlı Əli Ağamusa oğlu Fətullayevin xəsarəti yüngül olsa da, 65 yaşlı Ağamusa Ramazan oğlu Fətullayev xəsarətləri ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdıma aparılır.