İnternetsiz, telefonsuz qalmaqdan qorxanlar


Digərləri 26 Okt 2019 22:22:00 281 0

İnternetsiz, telefonsuz qalmaqdan qorxanlar

Müasir dövrdə telefon, planşet, internet və sosial şəbəkələrdən asılılıq nomofobiya deyilən hala səbəb olur. Virtual mühitə ifrat dərəcədə cəlb olunmaq tənhalığa və ünsiyyət itkisinə aparıb çıxarır. Texnologiya və sosial şəbəkələrdəki yenilikləri təqib etməyə meyilli olmaq nomofobiya ilə üzləşənlərin sayını əhəmiyyətli dərəcədə artırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın  verdiyi məlumata görə, nomofobiya son vaxtlar yaranan asılılıq formasıdır:

"Bu hal ən çox gənclər və yeniyetmələr arasında yayılıb. Nomofobiya telefonsuz, internetsiz qalmaq və onlara aludə olanların həmin vəziyyətdə keçirdiyi qorxu, həyəcan və stress, yaşadığı təşviş pozuntusudur".

Nomofobiyadan əziyyət çəkənlərin həmin vəziyyətdən xilas olması ilə əlaqədar psixoloq deyib:

"Telefondan istifadəni birbaşa kəsmək yox, mütəmadi olaraq azaltmaq məsləhət görülür. Telefondan və internetdən müəyyən saatlar ərzində istifadə etməyə çalışmaq lazımdır. Yəni birdən-birə deyil, telefon və internetdən tədricən uzaqlaşmaq tövsiyə edilir".

(adsgarden = window.adsgarden || []).push({});