Çay sevənlər üçün


Digərləri 26 Okt 2019 21:40:00 298 0

Çay sevənlər üçün

Çay həvəskarları daha inkişaf etmiş beyinə sahib olur, çünki çay beyin neyronları arasındakı əlaqələri inkişaf etdirir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, yeni aparılan tədqiqat milyonlarla çay sevən üçün xoş xəbər sayıla bilər.

Sinqapur Milli Universiteti, Çinin Wuyi Universiteti, həmçinin İngiltərənin Essex və Kembric universitetlərinin tədqiqatçıları qara, yaşıl çaylar və Çin çayı sayılan Ulun (Oolong) çayının  istifadəsinin beyinə müsbət təsir etdiyini açıqlayıblar.

Bildirilir ki, çay beynin fərqli hissələrinin bir-biri ilə yaxşı əlaqə yaratmasına kömək edir, bu isə demans kimi təhlükəli qocalıq pozğunluqları riskini azaldır.

Tədqiqatçılar çayın beyin quruluşlarına müsbət təsirinin ilk sübutlarını təqdim ediblər.

(adsgarden = window.adsgarden || []).push({});