Səhərlər yaranan baş ağrılarından necə qurtulmaq olar?


Digərləri 26 Okt 2019 20:55:00 286 0

Səhərlər yaranan baş ağrılarından necə qurtulmaq olar?

Səhərlər yaranan baş ağrıları çoxumuzun tez-tez rastlaşdığımız haldır. Bu, hansı səbəbdən ola bilər? Belə halla qarşılaşanda nə etmək lazımdır?

Son.az e-tibb.az-a istinadən nevroloq, uzman həkim Nərgiz Ağayevanın səhər yaranan baş ağrılarının səbəbləri və bundan qurtulmaq yolları haqda fikirlərini təqdim edir:

Adətən səhər başlayan baş ağrıları sadə bir səbəbdən olur və bu ağrıdan qurtulmaq asandır. Ancaq baş ağrılarının səbəbi ciddi bir xəstəlik də ola bilər (beyində törəmə, anevrizma).

Səhərlər yaranan baş ağrılarının bir neçə sadə səbəb ola bilər. Bunlar aşağıdakılardır:

1. Kifayət qədər yatmamaq. İnsan orqanizmin sutkada 7-8 saat yuxuya ehtiyacı var.

Siz bu qaydaya riayət edirsiniz, ancaq bir dəfə normadan az yatmısınız, onda orqanizm baş ağrısı ilə reaksiya göstərəcək. Belə halda hər hansı bir ağrıkəsici preparat kömək edə bilər, ancaq daha yaxşı olar ki, 20-30 dəqiqə ərzində yatasınız. Daha uzun yatmaq sizi halsız edə bilər. Axşam isə daha tez yatmaq məsləhət görülür.

2. Normadan çox yatmaq. Əgər siz 9 saatdan çox yatırsınızsa, beyində serotoninin səviyyəsi düşür. Nəticədə beyində qan dövranı pozulur və baş ağrısı başlayır.

Problemin həlli sadədir - zəngli saat qurmaq, hətta bazar günlərində onunla oyanmaq.

(adsgarden = window.adsgarden || []).push({});