Qız uşaqlarının doğulmasına nə təsir edir?


Digərləri 26 Okt 2019 20:40:00 242 0

Qız uşaqlarının doğulmasına nə təsir edir?

Dünyaya gələcək uşaqların cinsiyyətinə təsir edən amillər barədə daha bir araşdırma aparılıb. Məlum olub ki, stress amili dünyaya gələcək uşağın cinsiyyətinə təsir edir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, alimlər apardıqları yeni araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, ovulyasiyadan (mayalanmadan) bir müddət əvvəl qadın narahatlıqdan və depressiyadan əziyyət çəkibsə, qız dünyaya gətirmə ehtimalı çoxdur.

ABŞ-da 2001-ci ilin 11 sentyabr terror aktından, eləcə də ABŞ prezidenti Con Kennedinin öldürülməsindən sonrakı statistikasını təhlil edən mütəxəssislər müvafiq araşdırmaya başlamağa qərar veriblər. Və bu hadisələrdən sonra daha çox qız doğulduğu məlum olub. Həmçinin 187 hamilə qadının iştirakı ilə eksperiment keçirilib. Alimlər psixoloji vəziyyətlərini, stress səviyyələrini 27 fiziki və psixoloji göstəriciyə əsaslanaraq qiymətləndiriblər və bu uşağın cinsi ilə əlaqələndirilib.

Stress göstəriciləri yüksək olan qadınların qız dünyaya gətirmə ehtimalı daha böyük olub. Həkimlər izah edirlər ki, kişi cinsinin rüşeymlərinə inkişafın erkən mərhələlərini keçmək üçün daha çox vaxt lazımdır. Bu, onları ananın bətnində qeyri-ideal şəraitə daha həssas edir. Bədənin ən böyük yüklənməsi doğuşdan bir müddət əvvəl qadının psixoloji təzyiq altında qaldığı vəziyyətlərdə olur.

(adsgarden = window.adsgarden || []).push({});