Evlilik marafonunu necə keçməli?


Digərləri 26 Okt 2019 20:35:00 230 0

Evlilik marafonunu necə keçməli?

Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya tələsərək boş yerə özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək imkanlarından istifadə edə bilməsə, nəticə necə olar?

AILE

Təbii ki, yaxşı olmaz. Evliliyin ilk günləri də belədir. Ona görə də, tərəflər bu dövrdə çox həssas davranmalı, qarşı tərəfdən imkanlarından artıq şeylər gözləməməlidirlər.

Son.az gencaile.az-a istinadən bildirir ki, ən başlıcası isə ailədəki tarazlığı qorumalı və hər şeyi öz təbii axarına buraxmalıdırlar. Bu ailənizin gələcəyi üçün də gözəl bir başlanğıc ola bilər. Digər tərəfdən, tərəflər evliliyə qədər görüşsələr də, bu məhdud zaman çərçivəsində qarşı tərəfi hərtərəfli tanıya bilmirlər. Məsələn, o, səhərlər oyananda nə edir, yuxuda necədir, yorğun olanda necə olur, bir şeydən narahat olanda özünü necə aparır və s. Bu xırdalıqlar bəlkə də bəziləri üçün çox əhəmiyyət kəsb etməsə də, bəziləri üçün ümidsizliyə gətirib çıxara bilər. Ona görə də, evlilikdən əvvəl xəyal qurmaq əvəzinə real düşünmək daha yaxşı olar. Bundan başqa, hər tərəf qarşı tərəfi olduğu kimi qəbul etməyi bacarmalıdır.

aile

(adsgarden = window.adsgarden || []).push({});