İtaliyanın ən gözəl şəhəri seçildi


Digərləri 26 Okt 2019 17:42:00 306 0

İtaliyanın ən gözəl şəhəri seçildi

İtaliyada "Borgo dei Borghi" müsabiqəsi çərçivəsində ölkənin ən gözəl şəhəri seçilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki ,bu adı Bobbio şəhəri qazanıb.

3500 nəfər əhalisi olan qalib şəhər Pyaçentsa əyalətində yerləşir. Şəhərin simvolu San-Kolobano monastırı hesab olunur. Bobbio "Ponte Vekkyo" adlı barokko üslubunda tikilmiş yunan körpüsü ilə də məşhurdur. Uzunluğu 280 metr olan tikilinin 11 arkası var.

Şəhər, həmçinin, burada öz kino festivalını təşkil edən rejissor Marko Bellokkyonun doğum yeridir.

(adsgarden = window.adsgarden || []).push({});