“WiFi” şəbəkəsini necə genişləndirmək olar?


Digərləri 26 Okt 2019 16:24:00 232 0

“WiFi” şəbəkəsini necə genişləndirmək olar?

ABŞ-ın Briqam Yanq Universitetinin alimləri "Wi-Fi" çıxış nöqtələrinin əhatə dairəsini artırmağa imkan verən bahalı "Mesh" sistemlərinin alternativini kəşf ediblər.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, tədqiqatçılar tərəfindən təklif olunan ideyanın mahiyyəti marşrutlayıcının hamıdan uzaqda olan qurğu ilə daim rabitə əlaqəsində saxlanılmasından ibarətdir.

"On-Off Noise Power Communication" (ONPC) adlı yeni protokol marşrutlayıcı və qurğu arasında saniyədə 1 bit tutumlu informasiyanın ötürülməsini nəzərdə tutur.

Beləliklə, marşrutlayıcı qurğunun "Wi-Fi"dan istifadə etməsini "başa düşəcək" və siqnalı gücləndirilmiş rejimdə yaymaqda davam edəcək.

Bir sıra eksperimentlər aparan mütəxəssislər standart "Wi-Fi" marşrutlayıcısının əhatə dairəsini 67 metr artırmağa nail olublar. Təklif edilən üsul mövcud simsiz protokol üzərindən istifadə oluna bilər. Onu proqram təminatını yeniləməklə istənilən marşrutlayıcıya quraşdırmaq mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});