Sosial şəbəkədə fenomen olmağın ƏSAS ŞƏRTLƏRİ


Digərləri 26 Okt 2019 15:48:00 338 0

Sosial şəbəkədə fenomen olmağın ƏSAS ŞƏRTLƏRİ

İnternet istifadəçilərinin sayı getdikcə artmaqda davam edir, əksər insanlar günlərinin bir çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Demək olar ki, məşhurluğa can atan bir çox gənclər də tanınmaq üçün sosial şəbəkələrdən istifadə edir. Kimi qalmaqallı mövzularla, kimi isə istedadı ilə sosial şəbəkə fenomeninə çevrilir.

Bəs sosial şəbəkədə məşhurlaşmağın doğru yolları nələrdir?

Sözügedən mövzu ilə bağlı kiçik araşdırma apardıq.

Son.az Lent.az-a istinadən bildirir ki, sualları cavablayan Digital Marketinq eksperti Orxan Cəfərli sosial şəbəkələrdə məşhur olmağın yollarını izah edir:

"Sosial şəbəkələrdə məşhurlaşmağın bir çox yolu var. Ancaq bəzi şeyləri doğru seçərək bunu etmək mümkündür. Məşhur olmaq istəyən şəxs, müəyyən etməlidir ki, hansı mövzu üzrə paylaşım etmək arzusundadır. Fenomen olmaq istəyən insan öz imicinə uyğun gördüyü mövzuya qərar verib, daimi şəkildə bununla bağlı paylaşımlar etməlidir. Doğru mövzunu seçimi ən kritik məsələlərdən biridir. Müəyyən bir mövzunu seçib daimi şəkildə bununla bağlı paylaşımlar etmək izləyicini və məzmunu bir-birinə bağlayacaq. Fenomenlər adətən, səyahət, dəb, həyat tərzi, yemək, idman, oyun, sağlamlıq mövzuları üzrə davam edirlər. Digər əsas məsələlərdən biridə doğru platformanı seçməkdir. Platforma seçimi mövzu və paylaşım tərzinə görə dəyişir. İş adamları üçün "Linkedin" uyğun ola bilər, əgər moda üzrə paylaşımlar olacaqsa, "İnstagram" ən yaxşı seçimdir. Paylaşımlar üçün video kontent (məznun) hazırlayırsansa, "Youtube" uyğun platformadır. Seçimdə həm də yaş müəyyən qədər rol oynayır. Bundan başqa onu da demək lazımdır ki, məşhurlaşanların 90%-dən artığı "instagram" vasitəsi ilə fenomenə çevrilib".

Ekspert bildirir ki, fenomenə çevrilmək üçün seçdiyiniz mövzu böyük rol oynayır:

(adsgarden = window.adsgarden || []).push({});