Ramin Quluzadə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi ilə müzakirələr aparılıb (FOTO)


Digərləri 26 Okt 2019 15:47:00 310 0

Ramin Quluzadə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi ilə müzakirələr aparılıb (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi İnnovasiyalar Agentliyində görüşüb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi İnnovasiyalar Agentliyində görüşüb. Trend-in məlumatına görə, görüşdə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının Birgə Bəyanatı” imzalanıb. Həmçinin qarşılıqlı əməkdaşlıq perspektivləri, yerli startapların dünya bazarına çıxışının təşkili məsələləri müzakirə olunub. Daha sonra UNCTAD-ın baş katibi Mukisa Kituyi startaplarla görüşüb. İnnovasiyalar Agentliyinin Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin, eyni zamanda Azərbaycanın innovasiya ekosistemində fəaliyyət göstərən startapçılar tədbirdə öz layihələrinin təqdimatını keçirib.