Tovuzda silahlı insidentin qarşısı alınıb, saxlanılan var


Digərləri 26 Okt 2019 15:31:00 280 0

Tovuzda silahlı insidentin qarşısı alınıb, saxlanılan var

Oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.

Bakı. Oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz RPŞ-yə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılmış, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin