Bakıda kişi evə gizli girdi, keçmiş arvadını bıçaqladı, onun sevgilisini öldürdü


Digərləri 26 Okt 2019 12:29:00 320 0

Bakıda kişi evə gizli girdi, keçmiş arvadını bıçaqladı, onun sevgilisini öldürdü

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. 

Hadisə bu il mayın 19-dan 20-nə keçən gecə Bakının Xəzər rayonunda baş verib. 

Saat 03:10 radələrində Binə qəsəbəsində 45 yaşlı Astara rayon sakini Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı, 42 yaşlı Rzayev Maral Məmmədağa qızı, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Əliyev Vasif Fərzəli oğlu və 59 yaşlı Nəbiyev Qəmər Nədi qızına bıçaqla hücum edib.

Nəticədə V.Əliyev hadisə yerində ölüb. 

N.Rzayeva və digərləri xəstəxanaya çatdırılıb. 

Daha sonra Z.Rzayev polisə könüllü təslim olub.