Windows 10 dalğası gəlir


Digərləri 26 Okt 2019 08:41:00 263 0

Windows 10 dalğası gəlir

"Windows 7" sisteminin dəstəklənmə müddətinin bitməsi kompüterlərin yenilənməsi və daha çox cihaza "Windows 10" əməliyyat sisteminin quraşdırılması ilə nəticələnəcək. Bu haqda "Microsoft"un icraçı vitse-prezidenti və maliyyə direktoru Emi Hud deyib.

Son.az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, daha çox şirkət öz kompüter parkını yeniləyir və köhnəlmiş proqram platformasını yenisi ilə əvəz edir.

Bu tendensiya sayəsində 2019-cu ilin üçüncü rübündə "Microsoft"un "Windows" əməliyyat sisteminin "Pro" versiyası üçün lisenziya satışından gəliri 19% artıb.

O əlavə edib ki, bu tendensiya ilin sonuna kimi davam edəcək, nəticədə oktyabr-dekabr aylarında "Microsoft More Personal Computing" (istehlak elektronikası, "Bing" axtarış sistemi və "Windows"un lisenziyalarının satışı) bölməsinin gəliri 12,6-13 milyard dollar təşkil edəcək.

(adsgarden = window.adsgarden || []).push({});