Alimlər “WiFi” şəbəkəsinin əhatə dairəsini genişləndirməyə nail olublar


Digərləri 26 Okt 2019 08:11:00 302 0

Alimlər “WiFi” şəbəkəsinin əhatə dairəsini genişləndirməyə nail olublar

ABŞ-ın Briqam Yanq Universitetinin alimləri "Wi-Fi" çıxış nöqtələrinin əhatə dairəsini artırmağa imkan verən bahalı "Mesh" sistemlərinin alternativini kəşf ediblər.

Son.az ictnews.az-a istinadən bildirir ki, tədqiqatçılar tərəfindən təklif olunan ideyanın mahiyyəti marşrutlayıcının hamıdan uzaqda olan qurğu ilə daim rabitə əlaqəsində saxlanılmasından ibarətdir. "On-Off Noise Power Communication" (ONPC) adlı yeni protokol marşrutlayıcı və qurğu arasında saniyədə 1 bit tutumlu informasiyanın ötürülməsini nəzərdə tutur.

Beləliklə, marşrutlayıcı qurğunun "Wi-Fi"dan istifadə etməsini "başa düşəcək" və siqnalı gücləndirilmiş rejimdə yaymaqda davam edəcək.

Bir sıra eksperimentlər aparan mütəxəssislər standart "Wi-Fi" marşrutlayıcısının əhatə dairəsini 67 metr artırmağa nail olublar. Təklif edilən üsul mövcud simsiz protokol üzərindən istifadə oluna bilər. Onu proqram təminatını yeniləməklə istənilən marşrutlayıcıya quraşdırmaq mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});