Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb


Digərləri 26 Okt 2019 00:47:41 307 0

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabat dövründə respublika ərazisində təbii və texnogen mənşəli 14 min 192 hadisə baş verib. Bu da 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur. Həmin hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin