Xallar necə əmələ gəlir və nədən xəbər verir?


Digərləri 25 Okt 2019 23:15:00 1161 0

Xallar necə əmələ gəlir və nədən xəbər verir?

Hər bir insanda bədənin müxtəlif yerlərində müxtəlif rəngdə və ölçüdə xallar vardır. Xallar insana gözəllik verdiyi kimi, həmçinin təhlükə də yarada bilər. Xallar həm anadangəlmə, həm də qazanılmış ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, xallar bir çox səbəblərdən yarana bilir: genetik faktor, hormonal faktorlar, ultrabənövşəyi şua və s. Uzun müddət gün şüası xalların yaranmasına və ya xalların dəyişməsinə səbəb ola bilər. Hər bir xal müxtəlif səbəblərdən dəyişərək bədxassəli ola bilər.

Xal

Bu balaca qəhvəyi nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin - melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bu kiçik ləkələr bədənin istənilən yerində, istənilən yaş həddində meydana gələ bilər və onların bəziləri vaxt keçdikcə yoxa çıxır. Baxmayaraq ki, bizi çox zaman qorxudurlar ki, xallar asanlıqla xərçəng şişinə çevrilə bilər, onların əksəriyyəti qorxusuzdur.

Adi balaca xallardan fərqli olaraq, bəzi xüsusi növ xallar var ki, onlar dəridə menoçitopların yerləşməsinə bir-birindən fərqlənir. Sərhəd xalları böyük olmayan, tünd rəngli və azacıq qabarıq olan xallardır. Bədənin bütün hissələrində əmələ gələ bilər.   Ağır nevo-hüceyrə xalları

Tünd narıncı-qəhvəyi, kifayət qədər dərinin üzərində qabarıq şəkil almış xallardır. Xaldan bəzən tüklər də yetişə bilər. Belə xallar əsasən yeniyetmə yaşlarında meydana gəlir və 60 yaşına kimi yoxa çıxır. Əgər xalın yeri ağrayır və qaşınırsa, bu zaman mütləq dermatoloqa müraciət etmək lazımdır - ola bilsin ki, təhlükəli pozulma əmələ gəlib.

İntradermal xallar

Bu növə əsasən yaşlı insanlarda meydana gələn bütün xallar aid edilir.

Qalo xallar

Dərinin solğun bir hissəsi ilə əhatə olunmuş xallar belə adlanır. Xalın ətrafında belə bir solğun hissənin yaranması bir qayda olaraq zərərsiz dəyişkənlikdir və pis heç bir şeydən xəbər vermir.

Monqol xallar

Körpələrin dərisində əmələ gəlmiş böyük göy hissələr də xalın bir növüdür. Bunlara çox az hallarda rast gəlinir və təqribən 5 yaşına qədər həmin xallar bədəndən yox olur.

(adsgarden = window.adsgarden || []).push({});