Ağciyərlərin piylənməsi astma yaradır Yeni nəzəriyyə


Digərləri 25 Okt 2019 22:44:00 338 0

Ağciyərlərin piylənməsi astma yaradır  Yeni nəzəriyyə

Ağciyərlər də piylənir və bu nəfəsalmada problemlər yaradır.

Son.az medicina.az-a istinadən bildirir ki, Avstraliya alimləri müşahidə ediblər ki, ağciyərlərə də piy toplanır, nəticədə kəskin respirator xəstəliklər, astma inkişaf edir.

Bu gün inkişaf etmiş ölkələrdə hər 3 nəfərdən biri piylənmədən əziyyət çəkir. Piylənmə bir çox daxili xəstəlik, patologiyaların yaranmasına səbəb olur və bunlar arasında əlaqə sübut olunub. Bu dəfə alimlər astma ilə piylənmə arasındakı sirli təsiri araşdırıb.

Elmi təcrübədə 52 meyitin ağciyərlərindən götürülmüş nümunələr təhlil olunub. Onlardan 15-də astma olmayıb, 21 nəfər isə astma xəstəsi idi. 16 nəfər isə məhz astma xəstəliyindən və tutma zamanı ölmüşdü.

Ağciyər toxumasından nümunələri xüsusi rənglə boyayıb, piy miqdarını üzə çıxarıblar. Daha sonra bu məlumat həmin şəxslərin bədən kütləsi indeksi ilə tutuşdurulub.

Məlum olub ki, piylənmədən əziyyət çəkən, bədən çəkisi çox olan xəstələrdə piy hissəcikləri tənəffüs yollarında da yığılıb qalır.

(adsgarden = window.adsgarden || []).push({});