Məhkəmə və ədliyyə sahəsində innovasiyalara görə Avropa Şurası tərəfindən dörd ölkə mükafatlandırıldı FOTO


Digərləri 25 Okt 2019 20:20:00 325 0

Məhkəmə və ədliyyə sahəsində innovasiyalara görə Avropa Şurası tərəfindən dörd ölkə mükafatlandırıldı  FOTO

Avropa Şurası və Avropa Komissiyasının birgə təşəbbüsü ilə 2005-ci ildən etibarən Avropa məkanında 25 oktyabr Avropa Ədliyyə Günü kimi qeyd olunur.

Bu günün keçirilməsində əsas məqsəd vətəndaşları hüquqları və onların müdafiəsi mexanizmləri barədə məlumatlandırmaq, insanların ədalət mühakiməsinə əlçatanlığını təmin etmək, eləcə də Avropa Şurası və Avropa Komissiyasının ədliyyə və məhkəmə sahəsində işini təşviq etməkdən ibarətdir.

25 oktyabrda Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində Oslo şəhərində Avropa Şurası və Avropa Komissiyası Norveçin Məhkəmə Administrasiyası ilə birgə "Mediasiya proseslərində hakimlərin rolu" adlı seminarı, habelə "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatlandırma mərasimini keçirmişlər.

"Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsi zamanı məhkəmə, ədliyyə, prokurorluq və vəkillik üzrə ən qabaqcıl təcrübələr seçilərək Avropa ölkələrinə tövsiyə olunur. 20-i ölkədən 43 innovativ layihə hazırkı müsabiqəyə təqdim olunmuşdur. Onlardan dörd ölkənin - Sloveniya, Belçika, Hollandiya və İspaniyanın layihələri qalib olaraq "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsi üzrə mükafatlara layiq görülmüşdür.

Avropa Şurasının İnsan Hüquqları üzrə Direktoru Kristof Puarel, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti Ramin Qurbanov, Norveç Məhkəmə Administrasiyası İdarəetmə Şurasının sədri Bard Tonder və Norveçin Ədliyyə və Dövlət Təhlükəsizliyi Nazirliyinin Baş Direktoru Fredrik Bakman açılış nitqləri ilə çıxış etmişlər.

(adsgarden = window.adsgarden || []).push({});