Tanzaniyanın Baş Naziri Azərbaycana səfərə gəlib


Digərləri 25 Okt 2019 19:03:00 251 0

Tanzaniyanın Baş Naziri Azərbaycana səfərə gəlib

Kassim Majaliva Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Bakı. Tanzaniyanın Baş Naziri Kassim Majaliva Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib. Trend-in məlumatına görə, Tanzaniyanın Baş Nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşıladılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin