Sentyabr üzrə bank olmayan kredit təşkilatlarının icmal göstəriciləri açıqlanıb


Digərləri 25 Okt 2019 17:46:27 234 0

Sentyabr üzrə bank olmayan kredit təşkilatlarının icmal göstəriciləri açıqlanıb

Bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 314,4 mln. manat, cəmi öhdəlikləri isə 188,6 mln. manat təşkil edib.

Bakı. 30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 314,4 mln. manat, cəmi öhdəlikləri isə 188,6 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, bundan əlavə Kredit ittifaqlarının (Kİ) 2019-cu ilin III rübündə cəmi aktivləri 15,9 mln. manat, cəmi öhdəlikləri isə 6,1 mln. manat təşkil edib. Cari ilin 9 ayı ərzində BOKT-lərin aktivləri 17,4% artıb. BOKT-lərin aktivlərinin əsas hissəsini (81,1%) kredit portfeli təşkil edib. Kredit portfeli dövr ərzində 11,8% (27,0 mln. manat) artaraq sentyabr ayının sonuna 255,0 mln. manat təşkil edib. 30 sentyabr 2019-cu il tarixinə Kİ-nın aktivlərinin 90%-ni (14,3 mln. manat) kredit portfeli təşkil edib. İlin əvvəli ilə müqayisədə BOKT-lərin öhdəlikləri 5% (9,1 mln. manat) artmışdır. Öhdəliklərin 47%-i (88,4 mln. manat) banklardan və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərdən ibarətdir. Dövr ərzində cəlb edilmiş vəsaitlərdə 3,5% (3,2 mln. manat) azalma olmuşdur. Qiymətli kağızlar vasitəsilə borclanma isə ilin əvvəli ilə müqayisədə 3,8% (1,1 mln. manat) artmışdır. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri dövr ərzində 13,6% (4,6 mln. manat) azalıb. Kİ-nın öhdəliklərinin əsas hissəsi banklardan və digər maliyyə institutlarından alınmış kreditlərdən ibarətdir. Sentyabr ayına BOKT-lərin Balans kapitalı 125,8 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 42,5% (37,5 mln manat) çoxdur. Kredit ittifaqlarının balans kapitalı isə 9,8 mln. manat olub.