Tolik: "Yazırlar ki, evdə 50 manata görüşürəm"


Şou-biznes 25 Okt 2019 17:24:00 508 0

Tolik: "Yazırlar ki, evdə 50 manata görüşürəm"

"Bu gün "İnstagram"da açıq-aşkar cinsi azlıqların reklamı gedir".

Son.az redaktor.az-a istinadla xəbər verir ki, bu barədə "Xəzər" TV-də yayımlanan "Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyev (Tolik) bildirib. O, canlı yayımda məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət edib:

"Bu cinsi azlıqlar, qadın paltarı geyinmiş kişilər "İnstagram"da nömrələrini qoyub yazırlar ki, "evdə 50 manata görüşürəm". Bu, insan alveridir, belə insanlara qarşı tədbir görülməlidir. Bir xanım mənə yazmışdı ki, oğlunun 13 yaşı var, "İnstagram"da kiminləsə yazışırmış. Elə biliblər ki, qızdır, amma cinsi azlıq imiş".