Prezident İlham Əliyev: Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur


Digərləri 25 Okt 2019 17:04:31 267 0

Prezident İlham Əliyev: Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur

Bakı. Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib. Dövlət başçısı bildirib: "Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir. Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin