"O, məni heç hara apara bilməz"


Şou-biznes 25 Okt 2019 14:11:00 335 0

"O, məni heç hara apara bilməz"

"Bir nəfər mənə dedi ki, Aysun məndən maşın təkəri istədi".

Son.az xəbər verir ki, bu sözləri "5/5"in aparıcısı canlı yayımda Aysun İsmayılova ilə söhbəti zamanı qeyd edib.

Rəqsanənin qızı aparıcının sözlərini təsdiq edib. Gənc ifaçı adını açıqlamadığı həmin şəxsin restoranlarının açılışını etdiyi üçün belə addım atdığını bildirib:

"Hə, istəmişəm. Niyə İstəmişəm?! Getdim iki restoranın açılışını elədim, bir qəpik pul almadım, təkər versin də! Bütün müğənnilər hamısı pul almışdı. Mən dedim "Dostluğum var, istəmirəm. Maşına təkər lazımdır, təkər ver". Daha neynirəm onun təkərini, özüm ala bilərəm. Sadəcə əvəz-əvəz dünyasıdır. Mən qadın olaraq addım atdım, sən bəy olaraq onun davamını gətirməliydin. Mən o insanı bloka atmışam". 

(adsgarden = window.adsgarden || []).push({});