Polis bir yaşlı uşağı xilas etdi


Dünya 25 Okt 2019 13:29:00 315 0

Polis bir yaşlı uşağı xilas etdi

ABŞ-ın Florida ştatının Kissimmi şəhərində polis biskvit yeyərkən boğulan bir yaşlı uşağı xilas edib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Amanda Çimmerman adlı ana oğluna biskvit yedirərkən uşaq boğulmağa başlayıb və ana kömək istəmək üçün küçəyə qaçıb. 

Yoldan keçən polislər ananın fəryadına yetişib. Polis əməkdaşları uşağı qucağına alaraq kürəyinə vurmağa başlayıblar.

Uşağa ilkin yardım göstərərək onu xilas edən polislər daha sonra uşağı hadisə yerinə gələn həkimlərə təhvil verib.

Uşaq xəstəxanaya çatdırılıb, bir gün reanimasiyada qalıb. Qorxmuş ana polisə və həkimlərə təşəkkürünü bildirib.

(adsgarden = window.adsgarden || []).push({});