Mərkəzi Bank uçot dərəcəsini endirib


Digərləri 25 Okt 2019 11:21:00 375 0

Mərkəzi Bank uçot dərəcəsini endirib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu keçirdiyi mətbuat konfransında AMB-nin sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə bu ilin dekabrın 13-də baxılacaq.