Kişi metroda qadını itələyib, başını qatara çırpdı


Dünya 25 Okt 2019 10:54:00 279 0

Kişi metroda qadını itələyib, başını qatara çırpdı

Metroda çəkilən görüntülər dəhşətə gətirir.

Son.az xarici mətbuata istinadla bildirir ki, kadrlar Nyu-Yorkun Bruklin səmtində yerləşən "Dekalb avenue" stansiyasında çəkilib.

Videoda ucaboy gəncin platformada dayanan 2 nəfəri anidən itələməsi əks olunub. Bir nəfəri itələdikdən sonra stansiyadakı qadını da itələyib, başını vaqona çırpan şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

İnsidenti törədən şəxsin kimliyi məlum deyil. Hazırda polis hər yerdə həmin adamı axtarır.

Nyu-York polisi mətbuat vasitəsi ilə insanlara müraciət edərək həmin adamı tapmaqda kömək istəyib.

(adsgarden = window.adsgarden || []).push({});