Özbəkistanın əhalisi 33,7 milyon nəfəri keçib


Dünya 25 Okt 2019 03:30:00 344 0

Özbəkistanın əhalisi 33,7 milyon nəfəri keçib

Oktyabrın 1-nə olan məlumata görə, Özbəkistanın əhalisi 33 milyon 724,5 min nəfərdir. Şəhərlərdə 17 milyon 34 min, kənd yerlərində isə 16 milyon 690 min 500 nəfər yaşayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, ölkə əhalisinin 11,4 faizi Səmərqənd və 11,1 faizi isə Fərqanə vilayətlərində yaşayır. Əhalinin 59,1 faizi əmək qabiliyyəti olan insanlardır. Əhalinin 30,5 faizi yeniyetmələr, 10,1 faizi isə əmək qabiliyyəti başa çatan insanlardır.