Çin Ayın səthinin tədqiqi aparatının kosmosa göndərilməsini yenə təxirə salıb


Digərləri 25 Okt 2019 00:45:00 427 0

Çin Ayın səthinin tədqiqi aparatının kosmosa göndərilməsini yenə təxirə salıb

Çin Ayın səthinin tədqiqi üzrə "Çanye-5" kosmik aparatının kosmosa göndərilməsini ikinci dəfə təxirə salıb. Yerin təbii peykinin səthinə enərək oradan nümunələr götürüb planetimizə qayıtmalı olan zondun ilk buraxılışı 2017-ci ilin noyabrına, sonrakı isə bu ilin eyni ayına nəzərdə tutulmuşdu. İndi isə aparatın 2020-ci ildə kosmik fəzaya göndəriləcəyi elan olunub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, çinli alimlərdən ibarət qrup növbəti ildə iki mürəkkəb əməliyyatın - "Çanye-5" zondunun kosmosa göndərilməsinin və Marsa ilk kosmik gəmi buraxılmasının həyata keçirilməsində qərarlıdır.

Çin Kosmik Texnologiyalar Agentliyinin aparıcı mütəxəssisi E Peytszyan bildirib ki, kosmik zondun buraxılışının təxirə salınması onun etibarlılıq dərəcəsinin artırılması ilə bağlıdır. Onun sözlərinə görə, bütün qəza ehtimalları nəzərdən keçirilir və tam əmin olduqdan sonra buraxılış həyata keçiriləcək.

Qeyd olunur ki, Çin mütəxəssislərinin bu dərəcədə ehtiyatlı hərəkət etməsi ölkənin ən böyük raketdaşıyıcısı "Çançjen-5"in uğursuz ikinci startı ilə əlaqədardır.

"Çanye-5" kosmik aparatının ağırlığı 8,2 tondur və orbitdə qalmaq, Ayın səthinə enmək, uçuş və Yerə qayıtmağı təmin edəcək dörd moduldan ibarətdir.

(adsgarden = window.adsgarden || []).push({});