Nissan Serena miniveninin yeni xüsusi versiyasını təqdim etdi


Digərləri 24 Okt 2019 23:45:00 382 0

Nissan Serena miniveninin yeni xüsusi versiyasını təqdim etdi

Yaponiyanın avtomobil nəhəngi Nissan noyabr ayının ortalarında yerli bazarda görünəcək Nissan Serena miniveninin xüsusi əlavəsini istehsal edib.

Son.az ted.az-a istinadən bildirir ki, yenilik Autech adını alacaq. Avtomobil bamperlərin forması, artırılmış radiator barmaqlığı, həmçinin iri təkər diskləri ilə seçilə bilər. Salonda daha rahat kreslolar quraşdırılıb, həmçinin bahalı bəzək materiallarından istifadə olunub. Mühəndislər yapon miniveninin güc aqreqatını və gediş parametrlərini yaxşılaşdırıblar.

Nissan Serena Autech-in yeni modelinin təqdimatı oktyabrın 26-da Tokioda hazırlanan avtosalon çərçivəsində keçiriləcək. Bu avtomobilin baza komplektləşmədə yerli bazarda 3,23 mln. yen qiymətinə əldə etmək mümkün olacaq.

(adsgarden = window.adsgarden || []).push({});