Pediatr: Uşağı şirin çayla böyütmək olmaz!


Digərləri 24 Okt 2019 22:32:00 281 0

Pediatr: Uşağı şirin çayla böyütmək olmaz!

Azərbaycanda çox anaların uşağı müəyyən dövrdən sonra şirinçaya alışdırması vərdişi getdikcə fəsadlarını göstərməkdədir.

Mütəxəssislər uşaq  orqanizmi üçün şəkərli çayın zərərli olduğunu bildirir.

Son.az medicina.az-a istinadən bildirir ki, həkim pediatr Abdullayeva Gülnar anaların körpələri şirin çaya öyrəşdirməsini ciddi səhv adlandırıb:

"Şirin çay və şirin su asan mənimsənilən karbohidratdır. Buna görə gə uşaqlarda tez doyma hissi yaradır. Beləliklə balacalar lazımı qidalardan imtina edir. Ümumiyyətlə, uşaqlara 6 ayına kimi şirinçay vermək qəti qadağandır.

Ana südü 90% sudan ibarətdir. Ona görə də onlara şirin su verilməsinə ehtiyac görülmür. Amma uşaq  əlavə qidalara keçdikdə, isti yay aylarında heç bir əlavə qatqı olmadan adi su verilə bilər".

Bəs uşağa kəmşirin çay vermək olarmı? Xüsusən uşaq gecələr oyananda onu sakitləşdirmək üçün dərhal kəmşirin çay verməsinin səbəbi nədir?

"Şirin çayla kəmşirinin heç bir fərqi yoxdur. Ümumiyyətlə çay kalsium mübadiləsinə mənfi təsir göstərir. Uşaq müxtəlif səbəblərdən gecə yuxudan oyanıb ağlaya bilər. Acan uşağa şirin çay verib guya toxlaşdırmaq, sakitləşdirmək, sonradan uşağı şirin çaya öyrəşdirərək, gecələr təkrar-təkrar oyanmaların sayını artıracaq.

(adsgarden = window.adsgarden || []).push({});