"Türkiyə yanlış istiqamətdə gedir"


Dünya 24 Okt 2019 22:03:00 246 0

"Türkiyə yanlış istiqamətdə gedir"

Birləşmiş Ştatların müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hücumunun `əsassız` olduğunu və Ankaranın `təhlükəsiz bölgə`nin patrul məsələsinin Rusiya ilə razılığından sonra Ankaranın `səhv istiqamətə doğru getdiyini` deyib.

"Türkiyə bizi çox pis vəziyyətə saldı," deyə Esper Brüsseldə keçiriləcək NATO toplantısından əvvəl Vaşinqtonda qərargahlanan Alman Marşall Fondunda danışarkən bildirib.

Keçən həftə Türkiyənin Suriyanın şimalındakı kürd qüvvələrini çıxarmaq üçün bölgəyə hücum etdikdən sonra Birləşmiş Ştatlar bölgədə atəşkəs əldə edilməsinə yardım etdi.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Prezident Donald Tramp çərşənbə günü Türkiyənin atəşkəs razılığına əməl etməsinin ABŞ-la münsibətlərdə inkişafın olacağına inandığını deyib və əlavə edib ki, bu yaxınlarda Ankaraya qarşı sanksiyalar qaldırıla bilər. O, bölgədə sülhün məsuliyyətinin başqalarına verilməli olduğunu dedi.

"Biz onlar üçün böyük iş görümüşük, Tramp Türkiyə ilə kürdlər arasındakı münaqişəyə son qoymaq səylərini şərh edib. "Bunu keç kim yox, biz, Birləşmiş Ştatlar əldə etdik. Biz artıq gedirik. Qoy indi bu qanlı torpaqlarda başqaları döyüşsün."

Çərşənbə günü Tramp ABŞ-ın vasitəçiliyi ilə atəşkəsi `böyük bir nəticə` olaraq alqışladığı vaxt, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya ilə ayrı bir razılaşma əldə etdiyini elan edib.