Netflixdə izləmə tarixi necə silinir?


Digərləri 24 Okt 2019 21:10:00 291 0

Netflixdə izləmə tarixi necə silinir?

"Netflix"də nəsə izlədiyiniz zaman saytın alqoritmi bunu bəyəndiyinizi düşünür və daim sizə bunu təklif edir. Əlbəttə, bu yaxşıdır. Ancaq daim qarşınıza çıxması rahatsızlığa səbəb ola bilər.

Son.az ted.az-a istinadən bildirir ki, göstərilən hərəkətləri iş masası, Android və ya iOS versiyaları üçün tətbiq edə və izləmə tarixçənizi təmizləyə bilərsiniz.

İş maşasından "Netflix" tarixini silmək üçün Netflix.com saytına daxil olun və hesabınıza giriş edin. Ekranın sağ yuxarı küncündə "Hesab" bölməsini seçin.

Ekranı aşağıya doğru sürüşdürün, "Profilim" hissəsində yer alan "İzləmə fəaliyyəti" bölməsini seçin. İzlədiyiniz hər şey bu hissədə görünəcək. İstəmədiyinizi silmək üçün "Problemi bildir" yazısının yanındakı "İzləmə Tarixindən Gizlə" bölməsini seçin. Bunu etdikdən sonra Netflix 24 saat ərzində məzmunu silir və beləliklə, bir daha sizə tövsiyə gəlməyəcək.

Baxdığınız hər şeyi gizlətmək üçün səhifənin sonunda yer alan "Hamısını gizlət" funksiyasından da istifadə edə bilərsiniz.

(adsgarden = window.adsgarden || []).push({});