Tarkanın qohumu həbsxanadan qaçdı


Dünya 24 Okt 2019 19:44:00 277 0

Tarkanın qohumu həbsxanadan qaçdı

Müğənni Tarkanın adam öldürməkdə və məkan yandırmaqda təqsirləndirilən əmisi oğlu Sərvət Tevetoğlu həbsxanadan qaçıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə Ercan Gönülkırmaz adlı şəxs ərzaq dükanı açmaq üçün məkan icarəyə götürüb. Sərvət başda olmaqla bir neçə nəfər Gönülkırmaza həmin məkanı bağlamaq haqda xəbərdarlıq ediblər. Ancaq xəbərdarlığa əhəmiyyət verməyən Ercan işinə davam edib. Belə olan halda, Sərvət Tevetoğlu və bir neçə nəfər mağazanı atəşə tutaraq Ercanı öldürüblər.

Məhkəmə Tevetoğlu başda olmaqla 8 nəfərə 2 il həbs cəzası verib. Tarkanın qohumu 2 illik həbsdən sonra 250 min lirə təzminat ödəyərək şərti azadlığa buraxılıb. Ancaq onun başqa cinayəti üzə çıxdığından Silivri həbsxanasına göndərilib. 2020-ci ilin yanvarında məhkəməsi keçirilməli olan Sərvət isə fərarilik edib.