Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?


Digərləri 24 Okt 2019 20:29:00 277 0

Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan Trend-ə bildirilib ki, bu gün Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakit keçib. Qeyd olunub ki, proqnoz dövründə (24-26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İlk iki gün isə Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir. (adsgarden = window.adsgarden || []).push({}); Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30 faizdən, son gün isə 15 faizdən aşağı qiymətləndirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin