Zombilər yeni “CinemaPlus”a basqın etdi VİDEO FOTO


Digərləri 24 Okt 2019 20:06:49 310 0

Zombilər yeni “CinemaPlus”a basqın etdi  VİDEO  FOTO

Yenilənmiş "CinemaPlus 28 Mall" premium kinoteatrında "Zombilənd: Nəzarət atəşi" filminin təqdimatı olunub.

Şou-biznesin ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və böyük təşkilatın rəhbərləri gecəboyu əyləniblər. Onlar DJ, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilərin əhatəsində xoş anlar yaşayıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraflar da olub.

Şou proqramın özü musiqi tərtibatlı, zombilərdən və qonaqları əyləncəli karikaturaları ilə əyləndirən rəssamdan ibarət idi. Film üslubunda bəzədilən kinoteatrda qonaqlarla birgə əyləncəli anlar yaşanıb. Tezliklə baş tutacaq Helloween bayramına aid dekorlar da kinoteatrda yer alıb.

İkinci film izləyiciyə yeni bir obraz göstərəcək. Tallahesse cəmiyyətdə qəbul olunan qaydaların pozulmaması üçün təhlükəli düşmənlə şiddətli mübarizəyə çox vaxt sərf edəcək. Lakin o, ciddi qisas ala biləcəyini gözləmirdi, indi isə qəhrəmandır.

(adsgarden = window.adsgarden || []).push({});